“Külə dönən” Avstraliyadan dəhşətli görüntülər - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Külə dönən” Avstraliyadan dəhşətli görüntülər - Foto

Dünya

06 Yanvar 2020 07:56 2368


Günlərdir Avstraliyada davam edən tarixin ən böyük və dəhşətli meşə yanğınları çoxlu tələfata səbəb olub. 

“Yeni Sabah” xəbər verir ki, son məlumatlara görə, hadisə nəticəsində bu günə qədər 24 insan həyatını itirib, 500 milyon canlı yanıb. Bununla bərabər meşə yanğını 1200-dən çox evi yarasız vəziyyətə salıb və milyonlarla hektar ərazi külə dönüb. Son bir həftə ərzində minlərlə insan şəhərlərdən təxliyə edilib.

Həmin ərazilərdə yağışın yağması da yanğını tam söndürməyib. pizza mizza

Son dörd həftə ərzində ABŞ, Kaliforniya ştatı da daxil olmaqla, bütün ölkədən Avstraliyaya 100-dən çox yanğınsöndürən göndərib.

Avstraliyanın baş naziri Skott Morrison bildirib ki, hökumət növbəti iki il ərzində meşə yanğınlarından sonra ölkənin bərpası üçün azı 2 milyard Avstraliya dolları (təxminən 1,4 milyard ABŞ dolları) ayıracaq.

Onun sözlərinə görə, bunun üçün Avstraliyada Milli Fond yaradılacaq. Vəsait yerli hökumət orqanlarına, fermerlərə və xammal istehsalçılarına kömək üçün yönəldiləcək.

Sizə həmin yanğından fotoları təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!