Külək Bakıda böyük ağacları aşırdı

saytların hazırlanması

Evə çatdırılma

Külək Bakıda böyük ağacları aşırdı

Hadisə

07 Fevral 2020 06:04 1130


Güclü külək nəticəsində paytaxtda 10-a yaxın ağaca ziyan vurulub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə dünən axşam saatlarından başlayan güclü külək ümumilikdə 10-a yaxın ağacın aşmasına səbəb olub: Sezar pizza

“Güclü külək paytaxtın Nəsimi, Nizami, Yasamal, Xətai rayonlarında ciddi fəsadlara yol açıb. Hazırda Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları səhərə qədər ərazilərdə aşmış və qəzalı vəziyyətdə olan ağacların yaratdığı fəsadların aradan qaldırılması üçün tədbirlər görür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!