Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

Sosial

06 Fevral 2025 20:50 190


Fevralın 6-sı saat 19:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, Zəngilan, Kəlbəcər, Füzuli, Laçın, Qrız, Qusar, Quba, Altıağac, Gədəbəy, Şamaxı, Tərtər, Xaltan, Qobustan, Şəki (Kişçay), Şahdağda arabir qar, Mingəçevir, Ağstafa, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Tovuz, Balakən, Oğuz, İsmayıllı, Ceyrançöldə isə yağış yağır. pizza hut

Şimal-qərb küləyi əsir. Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 22 m/s, Şamaxıda 17 m/s, Hacıqabulda 16 m/s, Gəncə, Neftçalada 15 m/s, Şirvanda 14 m/s-yə çatıb.

Şəki (Kişçay), Qax (Sarıbaş), Daşkəsən, Göygöl, Qrız, Qusarda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!