Kürdə batan ata və qızının axtarışları davam etdirilir - Video

saytların hazırlanması

Evə çatdırılma

Kürdə batan ata və qızının axtarışları davam etdirilir - Video

Hadisə

14 Aprel 2024 14:50 681


Kürdə batan ata və qızının axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə daxil olan məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri əraziyə cəlb edilib. Dominos pizza

Hazırda 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının batdıqları ehtimal edilən istiqamətlərdə axtarışları intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!