Kürdə batanlardan birinin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Kürdə batanlardan birinin meyiti tapıldı

Hadisə

11 İyul 2020 11:33 563


İyulun 9-da Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti tapılıb.

Yenisabah.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Bildirilib ki, meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib. Dominos pizza

Qeyd olunub ki, eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!