Kürdəmirdə ağır qəza: ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə ağır qəza: ölən və yaralananlar var

Kriminal

04 Avqust 2019 18:23 1323


Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Ağsu-İmişli-Kürdəmir yolunun 25-ci km-də, rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı yüngül yük avtomobili ilə “VAZ 2107” markalı minik maşını toqquşub. pizza

Nəticədə “Vaz 2107”nin sürücüsü, Kürdəmir rayonu, Qarasaqqal kənd sakini Lazım Mövlam oğlu Rəsulov hadisə yerində dünyasını dəyişib.

“Ford”un sürücüsü, 25 yaşlı Niyaməddin Rəfael oğlu Qədirov və sərnişin-46 yaşlı Əfqan Ədalət oğlu İmanov isə xəsarət alıblar.

Hər iki yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanaına yerləşdirilib.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!