Kürdəmirdə ağır yol qəzası:   1 nəfər öldü, 3 yaralı var

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə ağır yol qəzası: 1 nəfər öldü, 3 yaralı var

Hadisə

11 Aprel 2020 21:04 2055


Kürdəmirdə 1 nəfərin ölümü, 3 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun Kürdəmir rayonunun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayon sakini Rahim Zöhrab oğlu İsmayılov İdarə etdiyi "BMW" markalı maşınla Rafət Şəfayət oğlu Kərimovun idarə etdiyi "VAZ 2107" markalı maşın toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, 32 yaşlı R.Kərimov hadisə yerində ölüb. "BMW" markalı avtomobildə sıxılıb qalmış sürücünü FHN-in əməkdaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Avtomobildə olan sərnişinlər - 50 yaşlı Mübariz Paşa oğlu Kərimov və 29 yaşlı Hakim İlqar oğlu Rəsulov müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.                                                                                                        Dördpendirli pizza

Faktla bağlı araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!