Kürdəmirdə magistral su kəməri partladı - Rayon mərkəzi və 6 kənd susuz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə magistral su kəməri partladı - Rayon mərkəzi və 6 kənd susuz qaldı

Sosial

27 Yanvar 2026 12:12 338


Kürdəmirdə magistral su kəməri partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, hadisə rayonun Qaraqocalı kəndi ərazisində, Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci km-də qeydə alınıb.

Diametri 55 mm olan boru partlayıb. Qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. pizza sifarişi

Borunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələrdə subasmaları baş verib və sakinlərə xeyli maddi ziyan dəyib.

Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!