Kürdəmirdə mikroavtobus heyvan sürüsünə çırpılıb, 10 baş qoyun tələf olub

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə mikroavtobus heyvan sürüsünə çırpılıb, 10 baş qoyun tələf olub

Hadisə

02 Noyabr 2025 12:12 170


Kürdəmirdə sərnişin daşıyan mikroavtobus xırdabuynuzlu heyvan sürüsünə çırpılıb.

"Yeni Sabah" report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeyd alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən qarşısına çıxan qoyun sürüsünü vurub. Hadisə nəticəsində 18 baş qoyundan 10-u tələf olub. pizza sifarişi

Təsərrüfat sahibi Şahlar Quliyevin sözlərinə görə, ona ümumilikdə 8 min manata yaxın maddi ziyan dəyib.

Hazırda faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!