İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Kürdəmir Rayon Prokurorluğundan bildiriblər.
Qeyd olunub ki, araşdırmalarla 1986-cı il təvəllüdlü Elşən Abdulovun Kürdəmir rayonunun Şilyan kəndində yerləşən yaşadığı evdə 1990-cı il təvəllüdlü Samirə Abdulovanı bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Dördpendirli pizza
Elşən Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Telegram kanalımız