Kürdəmirdə dəhşətli qəza: 4 ölü, 6 yaralı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə dəhşətli qəza: 4 ölü, 6 yaralı - Foto

Hadisə

04 May 2020 14:20 1461


Kürdəmir rayonu ərazisində baş verən yol qəzasında 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib və hamısının vəziyyəti ağırdır. Dördpendirli pizza

***

Kürdəmirdə baş verən qəzada ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 2 yaşlı Sabir Ceyhun oğlu Piriyev, 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov və Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər.

Sürücü C. Piriyev və sərnişinləri - 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Ceyhun Sabir oğlu Piriyev, Reyhan Kərim qızı Kərimova, Abbas Kərim oğlu Kərimov, Arzu İsrayıl qızı Hətəmov isə xəstəxanaya yerləşdiriliblər.

Hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunu Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi "Nissan" markalı maşın toqquşub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!