Kürdən torba tapdı, başına bəla oldu

saytların hazırlanması

Evə çatdırılma

Kürdən torba tapdı, başına bəla oldu

Kriminal

21 Noyabr 2022 20:57 1328


Samux rayon sakinində narkotik maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Teymur Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Sezar pizza

Məlumata görə, T.Məmmədov ilkin ifadəsində narkotiki balıq tutarkən tapdığını deyib.

O bildirib ki, Kür çayında balıq tutarkən göy rəngli sellofan torbanın üzdüyünü görüb və onu götürüb, içini açdıqda isə narkotik olduğunu bilib. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!