“Kuruluş Osman” Şuşada çəkiləcək

saytların hazırlanması

Evə çatdırılma

“Kuruluş Osman” Şuşada çəkiləcək

Mədəniyyət

07 İyul 2022 17:36 2592


Türkiyənin ATV kanalında yayımlanan “Kuruluş Osman” serialının 3-cü sezonunun bir neçə bölümünün Şuşada çəkiləcəyi iddia olunur.

Yenisabah.az xəbər verir ki, Olay-ın əldə etdiyi məlumata görə, Burak Özçivitin Bakıya gəlişinin digər səbəblərindən biri də bu imiş.

Serialın ötən bölümlərindən birində Osman bəyin başına toplaşan əsgərlərə “Şərqdəki Şuşa da bizimdir” deməsinin də, gələcəkdəki hadisələrin burada cərəyan etməsinə eyham olduğu bildirilir. Marqarita pizza

Qeyd edək ki, “Kuruluş Osman”da həmyerlimiz, Avropa çempionu Zabit Səmədov da rol alır. Daha əvvəl isə Səmədovun oynadığı Gence Bəy Şuşadan müharibədən gəldiyini, düşmənləri iti qovan kimi qovduqlarını demişdi.

Onu da bildirək ki, serial yeni televiziya mövsümündən AzTV-də də yayımlanacaq


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!