Kütləvi immunizasiyaya çalışmaq lazımdır -   Hindistandakı vəziyyət bir daha göstərir ki...

saytların hazırlanması

Evə çatdırılma

Kütləvi immunizasiyaya çalışmaq lazımdır - Hindistandakı vəziyyət bir daha göstərir ki...

Sağlamlıq

06 May 2021 17:30 1691


İndiyədək ölkə əhalisinin təxminən 11 faizi koronavirusa qarşı peyvənd olunub. Lakin bu göstərici kollektiv immunitetin yaranması üçün heç də yetərli deyil.

Maraqlıdır, prosesin belə zəif davam etmə səbəbi nə ilə bağlıdır?

Mövzu barədə Yenisabah.az-a danışan professor Adil Qeybulla diqqətə çatdırıb ki, prosesin ləng getməsinin ilk obyektiv səbəbi “COVAX” platformasının Azərbaycana vaksin verməməsidir: Toyuqlu pizza

“Bütövlükdə xəstələnib immunitet yaradanları da götürsək, vaksinasiyanın bu faizi kollektiv immunitetin yaranması üçün yetərli deyil. “COVAX” platforması bizə vaksin verməməsinə baxmayaraq, biz bu vaksini əldə edib vaksinasiya prosesini həyata keçirə bildik. İndi vaksin artıq Rusiyadan da ölkəmizə daxil olur, həmçinin “AstraZeneca” peyvəndi də tətbiq edilir, yəqin ki, bunlar prosesi intensivləşdirəcək”.

Həmsöhbətimiz hesab edir ki, vaksinasiya prosesini dünya təcrübəsinə uyğun qurmaq lazımdır:

“Məsələn, ABŞ-dakı kimi müxtəlif yerlərdə vaksin guşələri yaratmaq və əhalinin diqqətini ona yönəltmək, kütləvi immunizasiyaya çalışmaq lazımdır. Çünki son mutasiyalar yayılmağa davam edir. Hindistandakı vəziyyət bir daha göstərir ki, məsələyə diqqətlə yanaşılmasına ehtiyac var”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!