“Laçın ətrafından keçən yeni yolun nə zaman istifadəyə veriləcəyini dəqiq bilmirəm, ancaq həmin yol nəzarətsiz qalmamalıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.
O, Laçın dəhlizinə alternativ olaraq çəkilən yeni yol barədə fikirlərini bölüşüb: Sezar pizza
“Aprelin 8-də Milli Məclisin iki komitəsinin üzvləri Şuşaya səfər etdi və orada komitə iclasları keçirildi. Şuşaya çıxandavə oradan enəndə Daşaltı istiqamətindən yeni yolun başlanğıcını gördük. Çox güclü iş gedirdi. Yol nə vaxt istifadəyə veriləcək, bilmərəm, ancaq Azərbaycan çalışır ki, imkan daxilində tez istifadəyə verilsin. O, istifadəyə veriləndən sonra Şuşa-Laçın arasındakı ərazi Azərbaycanın nəzarətinə keçəcəkdir. Yəni həmin yolla da gediş-gəlişi bərpa ediləcək.
Yolun hər iki tərəfində Şuşa və Laçın rayonlarının xeyli sayda kəndi var. Yeni yol istifadəyə veriləndən sonra Rusiya hərbi kontingenti rayon mərkəzindən çıxmalıdır”.
Deputatın sözlərinə görə, üçtərəfli bəyanatlara əsasən, yol nə ermənilərin, nə də rusların ixtiyarına verilməlidir:
"İstəyimiz budur ki, orada gömrük məntəqəmiz olsun. Nə olsun ki, yeni yoldur, Azərbaycan ərazisindən keçir. Yəni sərhəddə kim ərazimizə daxil oldusa, yaxud çıxdısa, buna nəzarət çox vacibdir.
Bu, müharibədən sonra özünü çox qabarıq şəkildə göstərir. Rusiyanın hərbi kontingenti elə ermənilərlə birlikdə istənilən cinayətkar, terrorçu və xarici vətəndaşın o yol ilə gəliş-gedişinə şərait yaradır. Buna görə də, orada nəzarətin mövcud olması çox vacibdir”.
E. Məmmədov Laçın dəhlizi və Laçın şəhərinin Azərbaycanın nəzarətinə verilməsi, habelə erməni mətbuatının “Laçının itirilməsi” başlığı altında tirajladığı xəbərlərə toxunub:
“Azərbaycan nə Laçın şəhərini, nə də başqa əraziləri ermənilərin işğalı altında saxlamayacaq. Sadəcə zamana ehtiyac var. Bütün ərazilərimizə sahib çıxacağıq. İnşallah laçınlılar öz doğma yurd-yuvasına qayıdacaq. Ermənilərin dediyi onların xəstə təxəyyülüdür. Bu gün qalib və güclü tərəf olaraq şərtləri biz diktə edirik”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız