Laçında 1200 nəfər işlə təmin olunacaq 

saytların hazırlanması

Evə çatdırılma

Laçında 1200 nəfər işlə təmin olunacaq 

Rəsmi

15 İyun 2023 15:56 909


Mətbuatda Laçın şəhərinə köçürülmüş sakinlərin işlə təminatında problemlərin olması barədə məlumat yayılıb. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Laçın şəhər sakinlərinə dəstək məqsədilə yaradılacaq (qida, sənaye, yaradıcılıq, tədris, turizm, tekstil və digər xidmətlər) müəssisələrdə 1200 nəfərin işlə təmin olunması nəzərdə tutulub. 

Hazırda 260 nəfər Laçın şəhər sakinləri təlimlərə cəlb olunaraq işə qəbul olunub.  Marqarita pizza

Laçına köçən və işlə bağlı müraciət edən sakinlərə uyğun vakansiyalar təklif olunur və heç bir məhdudiyyət qoyulmur. 

Mətbuatda iş problemi ilə fikirləri getmiş Könül Nəcəfovanın həyat yoldaşı İskəndər Nəcəfov və övladı Emil Nəcəfov yüksək əmək haqqı ilə işlə təmin olunublar. O cümlədən, Gündüz Təhməzov və ailə üzvlərinin də müraciətlərinə baxılaraq işlər təklif olunub. Lakın təklif olunan iş Gündüz Təhməzovun sağlamlıq durumuna uyğun olmadığı üçün başqa işlə təmin olunmasını xahiş edib və bununla bağlı da tədbirlər görülür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!