Laçında ƏMƏLİYYAT - Saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

Laçında ƏMƏLİYYAT - Saxlanılan var

Kriminal

05 İyul 2025 16:31 736


Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının Ağcabədi rayonu Taxta Körpü qəsəbəsi ərazisində həyata keçirdikləri əməliyyat tədbiri zamanı narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasını təşkil edən Şıxəli İsmayılov saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 300-ə yaxın çətənə bitkisi aşkarlanıb. Həyət ərazisindəki tikililərdən isə qurudulması üçün asılan 83 ədəd çətənə bitkisinin hissələri, eləcə də həşiş qatranı, marixuana və çətənə toxumları da müəyyən edilib. Bundan başqa oradan bir ədəd avtomat, bir ədəd tüfəng, iki ədəd tapança, həmin silahlara məxsus səkkiz ədəd daraq və 400 ədəd patron da aşkarlanıb Dominos pizza

Faktla bağlı cinayət işi başlanıb, Ş.İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!