Lahıcda uçqun oldu: Yol bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Lahıcda uçqun oldu: Yol bağlandı

Hadisə

08 Aprel 2022 13:37 500


İsmayıllı rayonunda torpaq uçqunu olub.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində baş verib.

Son bir ayda rayona yağan qar və yağış səbəbindən hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yolun açılması üçün hazırda əraziyə ağır texnikalar cəlb olunub. Pepperoni pizza

Bir saatdan çoxdur ki, yolun bağlı qalması səbəbindən avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi dayanıb, sürücülər yolun açılmasını gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!