Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu və qurumlararası nümayəndə heyətini qəbul edərkən çəkilən fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yenisabah.az xəbər verir ki, müzakirə edilən fotolarda görüş zamanı otaqda tərəflərdən yalnız Ermənistanın bayrağı olduğu, Rusiyanın bayrağının yer almadığı əks olunub.
Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Baş nazirinin müavinləri Aleksandr Novak və Aleksey Overçuk da nümayəndə heyətinin tərkibində yer alır. Sezar pizza
Telegram kanalımız