"Cənubi Qafqazdakı vəziyyətin nizamlanması üçün Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının alternativi yoxdur".
Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni və azərbaycanlı vəzifədaşları ilə üçtərəfli görüşdə deyib.
O bildirib: “Bu formatda sonuncu dəfə çoxdan görüşmüşük, bu müddət ərzində bir çox mövzular yetişib və ümid edirəm ki, görüş konstruktiv atmosferdə və Ararat Mirzoyan ilə Ceyhun Bayramov arasında birbaşa dialoq şəraitində keçəcək. Həmçinin, əlavə nəticələr əldə etməyə imkan verəcək”. Marqarita pizza
S. Lavrov üçtərəfli formatda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərinin bütün spektrinə baxmağı və Rusiyanın imkanlarını nəzərə alaraq gələcək addımların razılaşdırılmasını təklif edib:
“Liderlərimizin üçtərəfli bəyanatlarında, əslində, davamlı həllərin əldə edilməsi üçün yol xəritəsi var. Cənubi Qafqaz ətrafında vəziyyəti təhlil etdik, hesab edirik ki, liderlərimizin razılaşmalarına alternativ yoxdur. Rusiya regionda sülh və sabitlik istəyir, burada Rusiyanın maraqları birbaşa bağlıdır.
Rusiya Federasiyası vəziyyətin sabitləşməsi ilə bağlı qərarların həyata keçirilməsini təmin etmək üçün əlindən gələni edəcək və ümid edir ki, bu regionda hansısa şəkildə iştirak etməkdə maraqlı olan bütün digər ölkələr onlara hörmətlə yanaşacaqlar”.
Rusiya XİN rəhbəri Qarabağda və Ermənistanla Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsinin, humanitar problemlərin həllinin, nəqliyyat kommunikasiyalarının bağlanmasının və sülh sazişinin mətninin razılaşdırılmasının vacibliyini qeyd edib.
Xarici işlər naziri ekspertlər, ictimai təşkilatlar, parlamentarilər arasında əlaqələrin inkişaf etdirildiyini əlavə edərək, artıq belə bir təcrübənin olduğunu və bunun həm də etimadın yaradılması istiqamətində mühüm addım olacağını qeyd edib.
Telegram kanalımız