Lavrovun sözləri İsraili coşdurdu

saytların hazırlanması

Evə çatdırılma

Lavrovun sözləri İsraili coşdurdu

Dünya

02 May 2022 17:01 1029


Rusiya səfiri Anatoli Viktorov İsrail Xarici İşlər Nazirliyinə dəvət edilib.

Yenisabah.az “The Jerusalem Post”a istinadla xəbər verir ki, buna səbəb Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Adolf Hitlerin yəhudi kökləri ilə bağlı bəyanatı olub.

Viktorovla İsrail XİN-in Avrasiya departamentinin baş direktorunun müavini Qari Korenlə söhbət edib. Marqarita pizza

İsrailin xarici işlər naziri Yair Lapid Lavrovun bəyanatlarını "bağışlanmaz və hədsiz" adlandırıb:

“Yəhudilər Holokost zamanı özlərini məhv etmədilər. Yəhudiləri antisemitizmdə günahlandırmaq yəhudilərə qarşı açıq-aşkar irqçilik səviyyəsidir”.

Xatırladaq ki, İtaliyanın “Mediaset” televiziya şirkətinə müsahibəsində S. Lavrova belə bir sual verilib: "Əgər Ukrayna prezidenti Zelenski yəhudidirsə, Ukraynada hansı denazifikasiya ola bilər?”

“Səhv edə bilərəm, amma Hitlerdə də yəhudi qanı var idi. Bu, tamamilə heç nə demək deyil. Müdrik yəhudi xalqı deyir ki, ən qızğın antisemitlər adətən yəhudilərdir. Hər sürüdə azmış qoyunları var", - deyə Lavrov cavab verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!