Leandro Andrade: “Kopenhagen”lə matç “Qarabağ” üçün çox vacibdir

saytların hazırlanması

Evə çatdırılma

Leandro Andrade: “Kopenhagen”lə matç “Qarabağ” üçün çox vacibdir

İdman

30 Sentyabr 2025 14:18 511


"Kopenhagen"lə matç "Qarabağ" üçün çox vacibdir.

Yenisabah.az report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Leandro Andrade mətbuat konfransında deyib.

Yarımmüdafiəçi Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: Pepperoni pizza

"Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bizim üçün çox vacib matçdır".

Oyunçu stadionun onlar üçün çox münasib olduğunu söyləyib:

"Meydanda bacardığımızı etməyə çalışacağıq. Rəqib əla komandadır. Çempionlar Liqasında zəif klub yoxdur. Qalibiyyət üçün hər şey edəcəyik. Tam olaraq bu görüşə

köklənmişik".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!