Ledi Qaqa rejissor Todd Fillipsin "Joker" filminin ikinci hissəsi üçün “Warner Bros” ilə danışıqlar aparır.
Yenisabah.az “The Hollywood Reporter”' istinadla xəbər verir ki, onun rolu ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb, lakin müğənni keçmiş baş qəhrəmanın psixiatrı Harli Kuinni canlandıra bilər.
Üstəlik, film müəlliflərinin personajın simasını dəyişib-dəyişdirməyəcəyi hələlik məlum deyil. Dördpendirli pizza
Xatırladaq ki, bir müddət əvvəl baş rolda Xoakin Finiksin çəkildiyi məşhur "Joker" filminin rejissoru Todd Fillips “Instagram” səhifəsində filmin ikinci hissəsinin ssenarisinin üz qabığını əks etdirən fotoşəkil yerləşdirib.
Yeni filmin ssenarisinin həmmüəllifi Skott Silverdir. Sonuncu filmin birinci hissəsinin yaradılması zamanı o, Fillipslə birlikdə çalışıb.
"Joker"in ikinci hissəsi "Joker. Folie à Deux " adlanacaq.
Telegram kanalımız