Ləğv olunan banklarda qalan əmanətlərin taleyi necə olacaq? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ləğv olunan banklarda qalan əmanətlərin taleyi necə olacaq? - Rəsmi açıqlama

İqtisadiyyat

28 Aprel 2020 18:37 1878


Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları ləğv edilib.

Yenisabah.az xəbər verir ki, “Atabank” ASC və “Amrah Bank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcəkdir. Fondun vəsaiti çatmasa mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaqdır. Bu kredit Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcəkdir. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaq.

Qeyd olunan prosesləri qanunla müəyyən edilmiş prosedurlar və müddətlərdə icra etmək üçün Azərbaycan Mərkəzi Bankı xüsusi tədbirlər planı hazırlamışdır və bu planın icrası barədə əmanətçilər, ictimaiyyət mütəmadi məlumatlandırılacaq. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!