Lənkəran sakini 5 kiloqram narkotiklə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Lənkəran sakini 5 kiloqram narkotiklə tutuldu

Kriminal

25 İyun 2019 08:23 1341


Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Lənkəran şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqadər məhkum olunmuş Azad Həsənov Astara rayonu ərazisində narkotik vasitə olan tiryəki satdıqdan sonra cinayət başında saxlanılıb. Polis əməkdaşları tərəfindən onun üzərinə və əlində daşıdığı sellafon torbaya keçirilən baxış zamanı 6 bükümdə ümumi çəkisi 5 kiloqram 300 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!