Lənkəranda avtomobil tələbələri vurdu

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda avtomobil tələbələri vurdu

Hadisə

14 Mart 2022 23:30 493


Lənkəranda avtomobil piyadaları vurub.

Yenisabah.az xəbər verir ki, hadisə akademik Zərifə Əliyeva küçəsində baş verib. “VAZ-21015” markalı 42 BN 015 dövlət qeydiyyat nişanlı avtomobil Masallı rayon sakini, 2002-ci il təvəllüdlü Mirkənan Ramiz oğlu Əsədovu və həmyerlisi, 2003-cü il təvəllüdlü Rəvan Hidayət oğlu Həsənovu vurub.

Sürücü hər iki yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, onların vəziyyətləri orta ağır qiymətləndirilir. pizza

Yaralıların hər ikisinin Lənkəran Dövlət Universitetinin tələbələri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!