Lənkəranda çayxanada başlayan mübahisə qanla bitdi

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda çayxanada başlayan mübahisə qanla bitdi

Kriminal

03 May 2026 23:38 83


Lənkəranda 36 yaşlı kişi bıçaqlanıb.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Girdəni kəndindəki çayxanada baş verib.

Belə ki, şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı kənd sakini, 42 yaşlı Eldəniz Hüseynov həmkəndlisi 1990-cı il təvəllüdlü Samik Qadir oğlu Bayramova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

S.Bayramova döş qəfəsi və budun açıq yarası diaqnozu təyin olunub və əməliyyata götürülüb.

Əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Eldəniz Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!