Lənkəranda heyvanlar peyvəndlənir

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda heyvanlar peyvəndlənir

Sosial

10 Aprel 2019 20:28 883


Lənkəranda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir.

"Yeni Sabah" xəbər verir ki, bu tədbirlər Lənkəran Rayon Baytarlıq İdarəsinin 9 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

Lənkəran Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 51528 baş iribuynuzlu, 300 baş təkdırnaqlı heyvanda qarayara, 3092 baş sahibli itdə quduzluq və 55 min baş quşda (“La-sota” ştammı) nyukasıl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Dördpendirli pizza

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 301 baş iribuynuzlu və 11 baş xırdabuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib. Eləcə də 200 baş quşda askaridoza, 500 baş iribuynuzlu və 500 baş xırdabuynuzlu (cəmi 1000 baş iri və xırdabuynuzlu heyvanda) heyvanda diktiaulyoza, fassilyoza və monezioza görə kaproloji müayinə aparılıb, 1520 kvadratmetr sahədə isə profilaktik dezinfeksiya tədbirləri görülüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!