Lənkəranda iki həftədir axtarılan kişi ölü tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda iki həftədir axtarılan kişi ölü tapıldı

Hadisə

10 Aprel 2022 20:33 526


Lənkəran rayonundan iki həftədir axtarılan 39 yaşlı kişinin meyiti tapılıb.

Yenisabah.az xəbər verir ki, Nərimanabad qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elşən Akif oğlu Məmmədovun meyiti qəsəbə ərazisindəki həyətlərin birində aşkarlanıb.

Sakinlərin bildirdiyinə görə A. Məmmədov martın 27-dən etibarən yaxınları tərəfindən axtarılır. Pepperoni pizza

Onun aşkar olunduğu həyət Rusiyada yaşayan Nəzakət Xanhüseyn qızı Abdullayevaya məxsusdur. Evdə uzun müddətdir yaşayış yoxdur.

Meyit qonşular tərəfindən həyətin dalan hiisəsində, üzərinin azbes şiferlə örtülmüş vəziyyətdə tapılıb.

Mərhumun nəşi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!