Lənkəranda işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda işıq olmayacaq

Sosial

30 Yanvar 2025 10:45 208


Lənkəranda təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 5 saylı hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 30-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək rayonun Digah, Şiləvar kəndlərində və Kürə adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!