Lənkəranda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından qidalanan 35 kV-luq "Xanbulan" hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar fevralın 4-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:30-dan saat 13:30-dək rayonun Kərgəlan, Lüvəsər, Xanbulan, Daştatük, Bürcəli, Qurumba, Rvo, Şovu, Şağlaküçə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Sezar pizza
Telegram kanalımız