Lənkəranda partlayış:   Ölən və yaralanan var

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda partlayış: Ölən və yaralanan var

Hadisə

03 May 2020 21:57 1066


Lənkəranda baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində təkərlərin təmiri sexində qeydə alınıb. 

Qaynaqçı, şəhər sakini, 1981-ci il təvəllüdlü Anar Ağamusa oğlu Ağakişiyev yük maşınının təkərini təmir edən zaman ehtiyatsızlıq nəticəsində güclü partlayış baş verib.  pizza

Anar Ağakişiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. 

A.Ağakişiyevin köməkçisi, 1979-cu il təvəllüdlü Eldəniz Malik oğlu Şükürov isə hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. 

Hazırda reanimasiya şöbəsində müalicə alan E.Şükürovun vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!