Lənkəranda partlayış olub

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda partlayış olub

Kriminal

16 Mart 2019 13:14 1114


Lənkəranda qaz sızması partlayışa səbəb olub.

Hadisə axşam saatlarında Lənkəran şəhərində 2-ci mikrorayon ərazisində, Zərifə Əliyeva küçəsi 78/3, mənzil 11 ünvanında qeydə alınıb.

İlkin məlumata görə, partlayış evdə kirayədə yaşayan tələbə, 1997-ci il təvəllüdlü Masallı rayon Zuvand kənd sakini Xəlilzadə Cəmil Əliməmməd oğlunun hamam otağında su qızdırıcısı ilə ehtiyatsız davranışı nəticəsində baş verib. Pepperoni pizza

Cəmil Xəlilzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona hər iki əlin, sifət və boyun nahiyəsinin 1-2-ci dərəcəli termiki yanığı diaqnozu qoyularaq, zəruri tibbi yardımlar göstərilib.

Oxu.az 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!