Lənkəranda tank əleyhinə mina tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda tank əleyhinə mina tapıldı

Kriminal

22 İyul 2019 15:56 1285


Lənkəran şəhərində tank əleyhinə 1 ədəd mina tapılıb.

"Yeni Sabah"ın xəbərinə görə, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) iyulun 22-də saat 08:29-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:16-da Dövlət Sərhəd Xidmətindən Agentliyə Lənkəran şəhəri ərazisində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Lənkəran şəhər rayon Polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. pizza hut

Agentliyin mütəxəssisləri, Lənkəran şəhər rayon Polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis və sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə TM-62P3 minası aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!