Lənkəran şəhəri, rayonun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilər intensiv yağışlarla əlaqədar subasmaya məruz qalıb.
Yenisabah.az FHN-ə istinadla xəbər verir ki, nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub.
Hazırda su basmış yerləri tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi, suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Sezar pizza
Bu vaxtadək ümumilikdə 6-sı uşaq olmaqla, 22 nəfər vətəndaş təxliyə olunub.
Telegram kanalımız