“Leon” filminin rejissoru təcavüzdə ittiham edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Leon” filminin rejissoru təcavüzdə ittiham edildi - Fotolar

Şou

08 Oktyabr 2019 15:12 1231


Aktrisa Send Van Roy kino tarixinin ən yaxşı filmlərindən olan “Leon”un rejissoru Lyuk Bessonun təcavüzünə məruz qaldığını iddia edib. 

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, aktrisa məşhur rejissorun onu çayla yuxuya verərək təcavüz etdiyini deyib. 

Ulduz bu haqda sosial şəbəkədə yazaraq 60 yaşlı rejissorla məhkəməsinin baş tutacağını bildirib. Marqarita pizza

28 yaşlı aktrisanın sözlərinə görə, o, oteldə rejissorla görüşüb çay içib. Çayı içdikdən sonra huşunu itirib və ayılanda otaqda tək olub. Ayılandan sonra rejissor tərəfindən təcavüzə uğradığını anlayan aktrisa polisə gedərək şikayət edib. 

Məhkəmə əvvəl  onun şikayətini rədd edib. Ancaq bu il işə yenidən baxılacaq.  

Qeyd edək ki, Van Royun açıqlamasından sonra daha bir neçə qadın rejissorun seksual qısnamasına məruz qaldığını etiraf edib. Ancaq  Lyuk Besson haqqındakı iddiaları qətiyyən qəbul etmədiyini bildirib. 

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!