Ləyaqətli kişi obrazı

saytların hazırlanması

Evə çatdırılma

Ləyaqətli kişi obrazı

Sosial

27 Yanvar 2025 15:19 2871


Dəqiq tarixini xatırlamıram. Amma mən çoxdandır belə ləyaqətli insan görməmişdim.

Ümumiyyətlə, Azərbaycanda kişi olmaq çətindir.

Bu coğrafiyada əsasən kişilər qadınlardan tez ölür. pizza hut

Azərbaycan qadını isə elə bilir ki, kişi elə qadından tez ölməlidir. Düşünür ki, dünyanın hər yerində bu belədir. Məsələn, Finlandiyada bu belə deyil, elə Yaponiyada da.

***

Qismət elə gətirdi ki, 90-cı illərdən müharibə gördük. Nə qədər ləyaqətli oğlanlarımız Vətən yolunda şəhid oldular.

Sağ qalanlarsa işlədilər. Həyat yorğunluğu başladı. Əvvəl dolanmaq üçün çalışdılar, sonra ev almaq üçün, ala bilməyəndə kirayəni ödədi, ödəyə bilməyənlər kreditə girdi, onu da ödəyə bilməyəndə borca, onu da... onu da...

Çoxu qəflətən - ən sevincli günündə ürəktutmadan öldü.

Ləyaqəti başa papaq edənlər də özünə yer tapa bilmədilər, çərlədilər.

Baxdılar ki, cinsi azlığın nümayəndəsi olmaq dəb olub. Kim onlardandısa üzünə qapılar açılır, hörməti dağlar aşırır, insanlar onlarla şəkil çəkdirmək üçün sıra yarışına girir.

Baxdılar ki, Azərbaycan kişisi Zaurun, Xoşqədəmin, Lalənin verilişində dizlərini yerə atıb yalvarır, ağlayır, mızıldanır. Qadın ətəyindən yapışıb milyonların qarşısında dilənir.

Baxdılar ki, Azərbaycan kişisi şəhid stüardessanın ahıl atasını aldadıb kartındakı 80 minini oğurlayır.

***

Qürurlandılar da.

Milli Qəhrəman Hökümə xanımın nakam qalan həyat yoldaşına baxın. Başını qaldırmır. Tərbiyəsi, kişiliyi, ləyaqəti ilə dərs verir.

Oğurlanan 80 minin 40 minini ona uzadıblar. Elə bil sevdiyi qadınsız keçirdiyi hər gün üçün min manat hesablanıb. Özüdə düz 40-na kimi.

Təşəkkür etdi, amma götürmədi.

Azərbaycan kişisi budur.

Mel Gibsonun "Cəsur Ürəkdəki" performansı kimi ayağa durub alqışlamaq lazımdır.

Amma bir fərqnən. Bu film deyil, reallıqdır. Çox, çox, lap çox əclaf həyatın reallığı.

Əfsələddin Ağalarov

Azxeber.com


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Tahir musalı
    Sağ ol,Qardaşım.Elə Sən də əsil kişi kimi yazmısan. Halal olsun
    1 year ago