Liderlərin hegemonluq arzusu – “Qarabağda provakasiyalar hazırlana bilər”

saytların hazırlanması

Evə çatdırılma

Liderlərin hegemonluq arzusu – “Qarabağda provakasiyalar hazırlana bilər”

Siyasət

23 Mart 2019 18:51 931


“ABŞ prezidenti Donald Trampın Suriyanın işğal altında olan Qolan təpələrini İsrail ərazisi kimi tanıya biləcəkləri haqqında bəyanatı beynəlxalq hüquq sistemin çöküşüdür. Bu, beynəlxalq qanunu, dövlətlərin ərazi bütövlüyünə qəsddir. Digər tərəfdən Rusiya da Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıdı, həmçinin Ukraynanın Krım regionunu anneksiya etməklə beynəlxalq nizamı pozdu”.

“Yeni Sabah”ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, bəyanatdan aydın olur ki,  ABŞ və Rusiya yeni sərhədlərin formalaşması istiqamətində fəaliyyətə keçiblər:

“Azərbaycan üçün təhlükəli ssenari məhz Qarabağ münaqişəsinin həll edilməməsi istiqamətində əsasən Rusiyanın təsir qüvvəsinin qalmasıdır. Qeyd edim ki, Moskva Trampın bu kimi bəyanatlarından pərdəarxası razıdır. Çünki, öz işğalçı və təsiredici siyasətini qonşu ölkələrə tətbiq edir. Ona görə də Rusiyadan Qarabağla bağlı hər hansı pozitiv siyasət gözləməyək. Rusiya çalışacaq ki, regionumuza təzyiqini artırsın. Qarabağda mümkün provakasiyalar hazırlaya bilər. Sezar pizza

Çox təhlükəli oyunlar gedir. Beynəlxalq qanunlar deyil, güc tətbiqi aktual olub. Azərbaycan Türkiyə, Pakistanla hərbi müttəfiq müqavilələr bağlamalı və hər an ordunu Qarabağda döyüşə hazır vəziyyətdə saxlamalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!