Bu gün Topaz Premyer liqasında 26-cu turun oyunları start götürəcək.
“Yeni Sabah” xəbər verir ki, bütün oyunlar bu gün baş tutacaq. “Qarabağ” Zirə İdman Kompleksində “Zirə”nin qonağı olacaq. Hazırda “Neftçi” ilə 2 xal fərqi olan Ağdam təmsilçisi xal alıb liderliyini möhkəmləndirməyə çalışacaq. (16:30)
Günün ikinci oyununda “Sabah” autsayder “Keşlə”ni qəbul edəcək. Son pillədə olan “Keşlə” çempionatın debütanından xal alıb son pillədən qurtulmaq istəyəcək.(17:00) pizza mizza
Digər matçda “Qəbələ” “Səbail”lə qarşılaşacaq. Hazırda 4-cü pillədə olan “Qəbələ” “Səbail”lə 3-cü yer uğurunda mübarizə aparır.(17:30)
Günün son oyununda isə Ağdam klubu ilə 1-ci yer uğurunda mübarizə aparan “Neftçi” doğma meydanda “Sumqayıt”ı sınağa çəkəcək.(19:00)
Telegram kanalımız