Litva parlamenti Rusiyanı terroru dəstəkləyən dövlət kimi tanıdı

saytların hazırlanması

Evə çatdırılma

Litva parlamenti Rusiyanı terroru dəstəkləyən dövlət kimi tanıdı

Dünya

10 May 2022 14:44 168


Litva Seymi Rusiyanı terrorçuluğu dəstəkləyən və həyata keçirən dövlət kimi tanıyıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Seymin saytında məlumat yerləşdirilib.

"Silahlı qüvvələri şüurlu və sistemli şəkildə bombardman üçün mülki hədəfləri seçən Rusiya Federasiyası terrorizmi dəstəkləyən və həyata keçirən dövlətdir", - deyə Seymin qətnaməsində qeyd olunur. Sezar pizza

Sənəddə, həmçinin bildirilir, Litva Rusiyanın Ukraynadakı hərəkətlərini Ukrayna xalqının soyqırımı hesab edir və beynəlxalq ictimaiyyəti Rusiyanın təcavüzünü araşdırmaq və qiymətləndirmək üçün xüsusi beynəlxalq cinayət tribunalının yaradılmasına çağırır.

Seym hesab edir ki, tribunal beynəlxalq həbs qərarı vermək səlahiyyətinə malik olmalıdır.

Litva parlamentinin bütün 128 deputatı qətnamənin lehinə səs verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!