Livan və Suriya erməniləri Qarabağdan qaçır

saytların hazırlanması

Evə çatdırılma

Livan və Suriya erməniləri Qarabağdan qaçır

Maraqlı

28 Oktyabr 2020 18:00 2192


Ermənistanın rəhbərliyinin müxtəlif vədlər vıə yalanlarla Qarabağa köçürdüyü ermənilər bölgəni tərk etməyə başlayıb.

Yenisabah.az xəbər verir ki, bu ilin əvvəllərində Livandan Şuşaya köçürülən Livan erməsini Toni Hacara ailəsi ilə birlikdə Qarabağı tərk edib.

Şuşada aşpaz işləyən Hacara oktyabrın əvvəllərində həyat yoldaşı və qızı ilə birlikdə Qarabağı tərk edərək, Ermənistanın paytaxtı Yerevana gedib. pizza hut

Onun Qarabağı tərk etməsinin səbəbi həm təhlükəsizliklə, həm də Qarabağda yaşamağın mümkünsüzlüyü ilə bağlıdır.

Yerevandan Qarabağa köçü planlaşdırılan daha 3 ailə Azərbaycan Ordusunun uğurlu əks-hücumları fonunda Qarabağa gəlməkdən imtina edib. Onların Tufenkyan fondunun vasitəçiliyi ilə Qarabağa gətirilməsi planlaşdırılırdı.

Modern.az-ın yazdığına görə, paralel olaraq, 2015-ci ildən Qarabağa köçürülən və Qubadlı rayonunun artıq işğaldan azad olunmuş Xanlıq kəndinə köçürülmüş Suriya ermənisi, keçmiş hərbçi Hraç Qevorq da ailəsi ilə birgə Azərbaycan ərazilərini tərk edib.

Onun hazırda Gorus şəhərinə köçdüyü xəbər verilir. Onunla birlikdə 400-dən çox Suriya və Livan erməsini də Qarabağı tərk edərək bölgədən qaçıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!