Livanda yaşayış binasının uçması nəticəsində həlak olanların sayı artdı

saytların hazırlanması

Evə çatdırılma

Livanda yaşayış binasının uçması nəticəsində həlak olanların sayı artdı

Dünya

09 Fevral 2026 22:19 489


Livanın şimalındakı Tripoli şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, xilasedicilər dağıntılar altında daha səkkiz nəfər çıxarıblar və onlar xəstəxanaya yerləşdiriliblər. Dördpendirli pizza

Livan Prezidenti Jozef Aun bütün təcili yardım xidmətlərinin xilasetmə əməliyyatına kömək etmək və qonşu binaların sakinlərinə sığınacaq vermək üçün yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib. Baş nazir Nəvaf Salam hökumətin təxliyə olunanlara müavinət verməyə hazır olduğunu bildirib. O, faciəni "illərin səhlənkarlığı" ilə əlaqələndirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!