İngiltərə Premiyer Liqasında 2024-2025-ci il mövsümünün çempionunun adına aydınlıq gəlib. “Liverpul” klubu tarixində 20-ci dəfə İngiltərə futbolunun ən mötəbər pilləsinə yüksəlib.
Yenisabah.az xəbər verir ki, liqanın 34-cü turunda evində “Tottenhem”i 5-1 hesabı ilə məğlub edən “mersisaydlılar” ən yaxın izləyicisi “Arsenal”ı 15 xal qabaqlayaraq, yekuna 4 həftə qalmış çempionluğunu rəsmiləşdirib. “Liverpul” son çempionluğunu 5 il öncə, 2019-2020-ci ildə əldə etmişdi.
Bu nəticə ilə 2 İngiltərə nəhəginin, “Mançester Yunayted” və “Liverpul”un Premiyer Liqa kubokları bərabərləşib. Dördpendirli pizza
Telegram kanalımız