“Liverpul” səfərdə “Çelsi”ni məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

“Liverpul” səfərdə “Çelsi”ni məğlub etdi

İdman

22 Sentyabr 2019 19:37 1265


İngiltərə Premyer Liqasında VI tura yekun vurulub.

"Yeni Sabah" xəbər verir ki, turun son günündə 4 qarşılaşma baş tutub.

Günün ilk iki oyununda “Vest Hem” “Mançester Yunayted”i məğlub edib. “Kristal Pelas”la “Vulverhempton”un duelində qalib müəyyənləşməyib. Dördpendirli pizza

Digər iki matç daha məhsuldar alınıb. “Aston Villa” Londonda “Arsenal”a uduzub. Ardıcıl 6-cı qələbəsini qazanan “Liverpul” isə paytaxtda “Çelsi”ni üstələyib.

Qeyd edək ki, növbəti turun oyunları sentyabrın 28-30-da keçiriləcək.

İngiltərə Premyer Liqası

VI tur

22 sentyabr

“Kristal Pelas” – “Vulverhempton” – 1:1

Dendonker, 46 (avtoqol) – Yota, 90

“Vest Hem” – “Mançester Yunayted” – 2:0

Yarmolenko, 44, Kressvell, 84

“Arsenal” – “Aston Villa” – 3:2

Pepe, 59 (pen.), Çembers, 81, Obameyanq, 84 – Makqin, 20, Uesli, 60

“Çelsi” – “Liverpul” – 1:2

Kante, 71 - Aleksander-Arnold, 14, Firmino, 30


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!