Liviyada iki ildir girov saxlanılan Türkiyə vətəndaşları azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Liviyada iki ildir girov saxlanılan Türkiyə vətəndaşları azad edildi

Dünya

21 Noyabr 2021 14:58 863


Liviyada girov saxlanılan 7 Türkiyə vətəndaşı azad edilib.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, girovlar Liviyanın şərqində 2 ildir ki saxlanılırdılar. Onlar Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Qətər Kəşfiyyat Təşkilatının birgə səyi ilə azad ediliblər.

Restoran sektorunda çalışmış İlker Sağlık, Doğan Kıssa, Nurettin Çalık, Halil Gözel, Ahmet Selvi, Hidayet Yaprak və Abdul Samet Akçay Türkiyəyə gətiriliblər. Sezar pizza

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilən şəxslərlə telefonla əlaqə saxlayıb. Dövlət başçısı vətəndaşların ölkəyə gətirilməsində əməyi olan hər kəsə təşəkkür edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!