Liviyada raket zərbələrinə görə uçuşlar dayandırılıb.
"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb paytaxt Tripolidə yerləşən mülki hava limanının yaxınlığına raket zərbələri endirilməsi olub.
Qeyd edək ki, raket zərbələrinin müxalif lider Xəlifə Xaftarın ordusunun paytaxt Tripoli və Mitiqa aeroportunu ələ keçirmək üçün endirdiyi deyilir. Lakin bununla bağlı dəqiq məlumat yoxdur. Pepperoni pizza
Telegram kanalımız