Lombarda saxta qızıl verib qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Lombarda saxta qızıl verib qaçdı

Kriminal

18 İyun 2019 09:19 1199


Bakıda lombarda saxta qızıl verən şəxs saxlanılıb. 

DİN-dən "Yeni Sabah"a bildirilib ki, iyunun 17-də Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilib. pizza mizza

Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib.

Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilib, araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!