Londonda II Elizabetə abidə qoyulacaq

saytların hazırlanması

Evə çatdırılma

Londonda II Elizabetə abidə qoyulacaq

Dünya

06 Sentyabr 2024 13:34 422


Böyük Britaniya kraliçası II Elizabetin (1952-2022) anadan olmasının 100 illiyi münasibətilə 2026-cı ildə Londonun mərkəzindəki Sent Ceyms Parkında abidəsi açılacaq.

Yenisabah.az “The Daily Mirror”a istinadla xəbər verir ki, abidənin yaradılması üzərində əlahəzrətin keçmiş şəxsi katibi Robin Cenvrinin rəhbərlik etdiyi xüsusi komitə işləyir. Sent Ceyms Parkda abidənin ucaldılması planlarının gələn həftə sonu - kraliçanın ölümündən düz 2 il sonra rəsmən elan ediləcəyi gözlənilir.

II Elizabet 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. O, Britaniya tarixində ən uzun padşahlıq edib - 70 il 7 ay. Onun böyük oğlu şahzadə Çarlz III Çarlz adını alaraq yeni monarx olub. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!