Londonda Zəfər Günü münasibətilə aksiya təşkil olundu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Londonda Zəfər Günü münasibətilə aksiya təşkil olundu - Fotolar

Dünya

07 Noyabr 2021 18:57 794


London şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.

Bu barədə Yenisabah.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natəvan Qrup"un təşkilatçılığı ilə baş tutan aksiya zamanı üzərində Zəfər Günü ilə bağlı fotomateriallar yerləşdirilmiş LED ekranlı avtomobillərin hərəkəti təmin olunub. Dominos pizza

Şəhərin Trafalgar Square, Piccadilli Circus, Parlament Square, London Eye kimi məşhur ərazilərində hərəkət edən avtomobillərin rəqəmsal monitorunda Azərbaycan xəritəsinin, “Xarı bülbül” rəmzinin, Şuşanın və Ağdamın təsvirləri, “Azərbaycanın Zəfər Günü. 8 noyabr 2021”, “Qarabağ Azərbaycandır!”, “Şuşa, sən azadsan!” şüarları əks olunub.

Noyabrın 7-dən başlayan aksiya 3 gün ərzində davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!