"Lotos" Ticarət Mərkəzinin yaxınlığında güclü YANĞIN

saytların hazırlanması

Evə çatdırılma

"Lotos" Ticarət Mərkəzinin yaxınlığında güclü YANĞIN

Hadisə

28 Fevral 2020 17:45 1163


Bakıda avtoyuma məntəqəsində yanğın baş verib. "Yeni Sabah" bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir. Verilən məlumata görə, hadisə Nizami rayonunda, "Lotos" Ticarət Mərkəzinin arxasında yerləşən avtoyuma məntəqəsində qeydə alınıb. Ümumi sahəsi 40 m² olan avtoyuma məntəqəsinin damının taxta atmaları və içərisində olan əşyalar 10 m² sahədə yanıb. Avtoyuma məntəqəsinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!